Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək
Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 4 noyabr 2016-cı il tarixində saat 13:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 26, 27, 28, 31 oktyabr və 1, 2 noyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00