• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi

Bakı şəhərində “Ekoklub”ların fəaliyyət göstərdiyi 30 pilot ümumi təhsil müəssisəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsinə start verilib.

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə  proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.

Layihə üzrə pilot ümumi təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur.

Layihə çərçivəsində pilot məktəblər “Məktəblərin yaşıl şəbəkəsi” mövzusunda keçiriləcək müsabiqədə iştirak edəcəkdir. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportlaşdırılması tərtib olunacaqdır.

Müsabiqədə fərqlənən məktəblərə “Mənim məktəbim ətraf mühitə diqqətlidir” ekoloji emblemi təqdim olunacaqdır.


7 il əvvəl