• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İdeya-2017” adlı müsabiqəyə start verilib

Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” adlı müsabiqəyə start verib. Valideynlər arasında keçirilən müsabiqəyə məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədilə hazırlanan layihələr təqdim oluna bilər.

Müsabiqədə iştirak etmək üçün valideynlər community.az portalında “İdeya-2017” adlı qrupun üzvü olmalı və səhifədə yerləşdirilən ərizə formasını dolduraraq, təkliflərini yazmalıdırlar. Ərizələr 19 oktyabr 2016-cı il tarixindən 9 noyabr 2016-cı tarixinə qədər nigar.aliyeva@community.az elektron ünvanına göndərilməlidir.

                Müsabiqənin gedişatı və nəticələri barədə community.az portalından məlumat almaq olar.

Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qalibləri “Məktəb icmaları” layihəsinin tərəfdaşları pul mükafatı və dəyərli hədiyyələrlə təltif edəcəklər.  Müsabiqənin mükafat fondu 1500 manat təşkil edir və bu məbləğ ilk 3 yeri tutan qaliblərə təqdim olunacaq. Sonrakı yerləri bölüşən digər 7 iştirakçıya isə hədiyyələr veriləcək.

Ən yaxşı layihələr 2016-2017-ci tədris ilində həyata keçiriləcək.

Qeyd edək ki, “İdeya-2017” adlı müsabiqə “Access Bank” ASC, “Sağlam Ailə” MMC“Şərq-Qərb” ASC tərəfindən dəstəklənir.  


7 il əvvəl