• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cəlilabadın İncilli kəndində yeni məktəb binası istifadəyə verilib

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası oktyabrın 19-da istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivləri, valideynlər, kənd ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşılıb. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də təhsilin inkişafı üçün bütün imkanlar yaradılıb, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər yüksək sürətlə davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlər ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da uğurla həyata keçirilir.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib. Tədris müəssisələri ən yeni inventar və avadanlıqla təmin olunub. Ölkədə davamlı təhsil islahatları aparılır. Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir.

Müəllimlər və şagirdlər, kənd sakinləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə geniş qeyd edildiyi bir vaxta təsadüf edən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərasim iştirakçıları yeni məktəb binasında sinif otaqları, fənn kabinetləri, idman zalı, kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

 

AZƏRTAC


7 il əvvəl