• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib

Oktyabrın 13-də “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılmasıdır.

Təlimdə Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova PR strategiyası mövzusunda təqdimatla çıxış edib.Təqdimatda PR etikası və media-planların hazırlanması, daxili PR-ın təşkili məsələlərinə toxunulub, beynəlxalq təcrübədən nümunələr səsləndirilib.

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov “Böhran vəziyyətlərdə kommunikasiya” mövzusunda çıxış edib. Spiker böhran zamanı kommunikasiya münasibətlərinin başlıca tələbləri, böhran menecementinin strategiyaları ilə bağlı iştirakçılara məlumat verib.

Təhsil Nazirliyinin əməkdaşları ali təhsil müəssisələrinin veb saytlarının monitorinqinin nəticələrini açıqlayıb, bu saytların  təkmilləşdirilməsində yeni alətlərdən istifadə olunması qaydalarını iştirakçıların diqqətinə çatdırıblar. Eləcə də sosial mediada PR texnologiyaları mövzusunda təqdimatla çıxış ediblər.    

Konfransda Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, UNEC-in Marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov iş təcrübələrini bölüşüb, ali təhsil müəssisələrinin və media əlaqələrinin qurulmasından danışıblar.

Konfransda  media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb. Sosial davranış qaydalarına dair platforma hazırlanması, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin vahid şəbəkəsinin qurulması, universitetlərdə tələbə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr  səsləndirilib.

Qeyd edək ki, təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca beşinci  konfransdır.


7 il əvvəl