• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkar etmək və mərkəzin  yığma komandasını formalaşdırmq olub.

Final mərhələsində zona yarışları üzrə I və II yeri tutmuş 12 komanda yarışıb.

Gərgin mübarizə şəraitində keçən final mərhələsində I yeri “Təhsil” RİM-in  Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) komandası II, Təhsil” RİM-in Sumqayıt filialının komandası isə III yerə  layiq görülüb.

Qaliblər kubok və diplomlarla təltif ediliblər.


7 il əvvəl