• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-könüllülər “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbirdə

"Bir" Tələbə-Könüllülər Gəncə şəhərində keçirilən Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbirdə iştirak ediblər. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirə dövlət rəsmiləri, Avropanın əksər ölkələrindən gənclər və aparıcı təşkilatların rəhbərləri qatılıb.

48 ölkədən 100-dən çox gəncin iştirakçısı olduğu festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək onları Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi ilə tanış etmək, dünyaya sülh və birlik mesajı vermək olub.

Beynəlxalq tədbir çərçivəsində münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti, incəsənət, idman və mədəniyyət mövzuları müzakirə olunub.

Festival müddətində gənclər təşkilatlarının sərgisi də keçirilib. Sərgi zamanı ayrıca stenddə yer alan  “Bir” Tələbə-Könüllülər Proqramı haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Festival idman yarışları, əyləncəli proqram və konsertlə davam edib.


7 il əvvəl