• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İlk peşə-ixtisas təhsili üzrə yeni layihənin icrasına başlanılıb

Oktyabrın 4-də 5 nömrəli Bakı Peşə Liseyində turizm-xidmət sahəsi üzrə yeni layihənin icrasına başlanılması ilə bağlı təqdimat mərasimi keçirilib.

Layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”  və Bakı şəhərindəki bir neçə 5 ulduzlu mehmanxana ilə birlikdə həyata keçirilir.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, “British Council”un ölkə üzrə direktoru Elizabet Vayt, “Absheron Hotel Group”un  icraçı direktoru Mark Ehler və layihənin tərəfdaş şirkətlərinin nümayəndələri iştirak edib.

Dövlət-biznes tərəfdaşlığına əsaslanan əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi müəllimlərin potensialının artırılması, üç ixtisas (aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə nəzarətçi) üzrə milli peşə standartları, kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və şagirdlər üçün iş yerində təcrübə proqramının həyata keçirilməsidir.

Ötən tədris ilində həyata keçirilən layihə çərçivəsində Bakıda işəgötürənlər ilk peşə-ixtisas təhsili müəssisələrində əmək bazarındakı ehtiyacların öyrənilməsinə, şagirdlərin müsabiqədən keçirilməsinə və tədris proqramlarının hazırlanmasına cəlb olunublar.  

Bu layihə çərçivəsində 12 nəfər  müəllim və 45 nəfər şagirdin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər və mehmanxanalarda təcrübə proqramı keçirilib, müvafiq materiallar hazırlanıb. Proqram həyata keçirilərkən Birləşmiş Krallığın ”People 1st" təşkilatı tərəfindən peşə təlimində iş yerində təcrübəyə əsaslanan 3 ixtisas (aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə nəzarətçi) üzrə kurikulumlar hazırlanıb.  

Cari tədris ilindən layihəyə uyğun olaraq təhsil müddəti bir il olan qruplarda adıçəkilən ixtisaslar üzrə kadr hazırlığına başlanılır və gələcəkdə həmin modelin digər müəssisələrdə də tətbiq olunması nəzərdə tutulur.


7 il əvvəl