• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev Xətai rayonundakı 58 nömrəli məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, 58 nömrəli orta məktəbin binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alırdı. Təbii ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsirsiz ötüşmürdü. Məktəb üçün tikilən yeni sinif otaqları isə vəziyyəti kökündən dəyişəcək. Yeni tədris ilindən şagirdlər daha geniş və müasir təhsil tələblərinə cavab verən sinif otaqlarında dərs keçəcəklər. Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da hazır vəziyyətə gətirilib.

Beləliklə, dövlətimizin başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı.

 

www.president.az


7 il əvvəl