• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır

2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində həyata keçiriləcək. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq. 11-26 avqust 2016-cı il tarixlərində  keçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır.

“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.


7 il əvvəl