Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi yekunlaşıb
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb.
4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.
Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcəkdir.
Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
7 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı” na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00