• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri maliyyələşdiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planı”nda qeyd edildiyi kimi yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasını stimullaşdıran müsabiqə və qrant mexanizmlərinin yaradılması, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi üçün müsabiqələrin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi, keyfiyyətin yaxşılaşdırılması mexanizmlərinin tətbiqi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub

Qrant proqramı çərçivəsində məzmun, tədris və qiymətləndirmə ilə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin müəyyənləşdirilməsi, əldə olunan nailiyyətlərin təhsil islahatlarında nəzərə alınması yolu ilə daha faydalı nəticələrin əldə olunması mümkündür. Layihələr üzrə fəaliyyətin monitorinqi maliyyə resurslarından daha səmərəli istifadə imkanı yaradacaq, müxtəlif səviyyəli məktəblər və müəllimlər əhatə olunduqları şəraitə uyğun, mövcud problemlərin həllinə yönəlmiş təşəbbüslər irəli sürə biləcəklər.

Qrant mexanizmi Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində çevik alət olmaqla yanaşı, dövlətin maliyyə vəsaitlərindən daha səmərəli istifadəni də təmin edəcəkdir.

 


7 il əvvəl