• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq yay universiteti davam edir

“Ələddin” layihəsi, Avropa KomissiyasıYUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetində təlimlər davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində təşkil edilən Beynəlxalq yay universitetinin iştirakçıları fransalı professor Katerina Vitol Vendenin “Qloballaşan dünyada miqrasiya”, azərbaycanlı mütəxəssis Elnur Nəsibovun “İnsan alveri və immiqrant qaçaqçılığı” mövzusunda mühazirələrinə qatılıblar. Eləcə də iştirakçılar Bakı Dövlət Universitetinin professoru Məmməd Quluzadənin “Həbs yerlərində əcnəbilərin hüquqları: beynəlxalq hüquq, standartlar və prinsiplər” mövzusunda mühazirəsini dinləyiblər.

Mühazirələrdən sonra iştirakçılar komandalar şəkilində mövzu ilə bağlı müzakirələrdə iştirak ediblər.

Beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edir. Avqustun 7-dək davam edəcək Beynəlxalq yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılacaq.

Qeyd edək ki, Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib.

Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunub.


7 il əvvəl