• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlər üçün yay düşərgəsi təşkil olunub

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Quba rayonunda təşkil edilən yay düşərgəsi başa çatıb.

12 gün davam edən düşərgədə Təhsil Nazirliyinin tabeliyindəki pilot ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Ekoklub”lardan 30 məktəbli iştirak edib.

Düşərgənin əsas məqsədi şagirdlər üçün uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramların hazırlanmasıdır.

Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində treninqlər keçiblər. Düşərgə müddətində ətraf mühit üzrə tematik, istirahət və yaradıcılıq məşğələləri, ekskursiyalar təşkil olunub.

 “Tusi Bohm” Planetarium tərəfindən təqdim olunan teleskop vasitəsilə gənc ekoloqlar qalaktikanı müşahidə ediblər.

Quba meşələrinə ekskursiyalar zamanı düşərgə iştirakçıları təbiət qoynundakı praktik məşğələlərdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, təbii əlamətlərə əsasən istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, flora və fauna haqqında treninqlərə qatılıblar. 

İstirahətin sonunda “Düşərgənin ən yaxşı ekoloqu” müsabiqəsinin və idman yarışlarının qaliblərinə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplom və hədiyyələri təqdim olunub.


7 il əvvəl