• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdman məktəbinin yetirməsi VI beynəlxalq idman oyunlarının qalibi olub

Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” altıncı beynəlxalq idman oyunları başa çatıb.

Oyunların proqramına daxil olan  sərbəst güləş üzrə kadetlər arasında  yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdrılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi  Vahid  Əlizadə  2001-ci il təvəllüdlülər arasında  63 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda, Azərbaycanla yanaşı Asiya qitəsindən 38 ölkənin təmsilçiləri basketbol, boks, taekvando, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük və s. idman növlərində medallar uğrunda mübarizə aparırlar.


7 il əvvəl