• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirilib.

Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun bir sıra ümumtəhsil məktəblərinin Dövlət Proqramı çərçivəsində İKT ilə təmin olunması, onların quraşdırılması və tədris prosesində istifadəsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq aparılıb. 57 nəfərdən ibarət işçi qrupu yaradıldığını qeyd edən nazir onu da diqqətə çatdırıb ki, monitorinq Bakı şəhərində 304, Sumqayıtda 47, Abşeron rayonu üzrə 5, ümumilikdə isə 356 məktəbdə keçirilib.
Sonra Misir Mərdanov aparılmış monitorinqin nəticələrinin ötən ilin 25 dekabrında keçirilən kollegiya iclasında müzakirə olunduğunu, 85 məktəbdə İKT ilə təchizat və tədris prosesində onun tətbiqi sahəsində ciddi problemlər aşkarlandığını vurğulayıb. Eyni zamanda həmin məktəblərdə təkrar monitorinqin keçirilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.Yanvarın ikinci ongünlüyündə təkrar monitorinq aparıldığından söz açan Misir Mərdanov ciddi nöqsanlar aşkarlanan 85 məktəbdən 56-da problemlərin həll edildiyini, vəziyyətin normal olduğunu bildirib. Nazir əlavə edib ki, 29 məktəbdə İKT avadanlıqlarının quraşdırılması və onlardan istifadə üzrə problemlərin həll edilmədiyi də məlum olub. Misir Mərdanov həmin problemlərin məktəb rəhbərliyindən asılı olmayan səbəblərdən, habelə bəzi direktorların laqeyd münasibətindən bu işin həllini tapmadığını qeyd edib.     
Kollegiya iclasında nazir problemlərin mövcud olduğu məktəblərin adlarını sadalamış, burada aşkarlanan faktları diqqətə çatdırmışdır. Eyni zamanda məktəb direktorlarının müvafiq sahəyə biganə yanaşdığını açıqlayaraq işə məsuliyyətlə yanaşmağın vacib şərt olduğunu xüsusi vurğulayıb. Nazir, həmçinin bu günlərdə keçirilən ikinci sınaq imtahanı barədə də danışaraq işin təşkilindən razı qaldığını bildirib. Buna baxmayaraq bir sıra nöqsanların da aşkarlandığından söz açan nazir bəzi məktəb direktorlarının müvafiq işə laqeyd yanaşmasını, neqativ hallara yol verdiklərini də vurğulayıb. Misir Mərdanov eyni zamanda qeyd edib ki, bu iş davam etdiriləcək və üçüncü sınaq imtahanı aprelin 27-də keçiriləcək.
Sonda ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələri nəzərə alınaraq kollegiya qərarı qəbul olunub.


8 il əvvəl