• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsinin qalibləri məlum olub

İyunun 24-də 18 nömrəli məktəb“Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqə təşkilatçıları, müəllimlər, valideynlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, “Məktəb İcma Qurumlarının təşkili” layihəsi çərçivəsində Məktəb icmalarının bütün iştirakçıları üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Community.az portalı müsabiqə elan edib.

11-31 may tarixlərində keçirilən məktəblərarası “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri iştirak edib.

“Bizim məktəbimiz nə ilə fərqlənir?”, “Məktəbimizin məzunları”, “Məktəbin şən hekayəsi”, “Gələcəyin məktəbi”, “Bizim sinif icmasının uğurları” nominasiyaları üzrə  keçirilən müsabiqəyə 91 məktəb 194 videoçarx təqdim edib. Həmin videoçarxlar Community.az portalında yerləşdirilib.

Müsabiqənin nəticələrinə görə, hər nominasiya üzrə 1 qalib və 1 mükafatçı məktəb seçilib.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.


7 il əvvəl