• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim edilib

İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Nurlana Əliyevanın BSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb.

BSU-nun rektoru Nurlana Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

Nurlana Əliyeva 1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub. 2016-cı ilin aprel-iyun aylarında təhsil nazirinin müşaviri vəzifəsində çalışıb. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim N.Əliyeva Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.


7 il əvvəl