• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair müşavirə

İyunun 20-də Təhsil Nazirliyinin tabeliyində yaradıcılıq sahəsi üzrə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi və bu sahədə səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Müşavirənin keçirilməsində məqsəd məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətinin öyrənilməsi, fəaliyyətinin genişləndirilməsinə mane olan səbəblərin aradan qaldırılması, daha çox uşaq və gəncin bu sahəyə cəlb olunmasına şərait yaradılmasını təmin etməkdir.

Tədbirdə çıxış edən Firudin Qurbanov məktəbdənkənar təhsil müəssisələrinin qarşısına qoyulan vəzifələrdən danışıb. Nazir müavini bildirib ki, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmayıb, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılıb.

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova cari ilin ilk 6 ayı ərzində görülən işlər barədə məlumat verib, müəssisələrin fəaliyyəti ilə bağlı çıxış edib. A.Həsənova qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində respublika üzrə 206 yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrin sırasına 82 Uşaq Yaradıcılıq Mərkəzi, 59 Texniki Yaradıcılıq Mərkəzi, 48 Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, 10 Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, 4 Məktəbdənkənar tərbiyə işi Mərkəzi, 3 Estetik Tərbiyə Mərkəzi daxildir. Bakı şəhəri üzrə 35 yaradıcılıq profilli mərkəz fəaliyyət göstərir ki, bunlardan 7 mərkəz Təhsil Nazirliyinin birbaşa tabeliyindədir. 171 Mərkəz isə rayon təhsil şöbələrinin (idarələrinin) tabeliyindədir.

Müəssisə rəhbərləri çıxış edərək maddi-texniki bazanın yaxşılaşdırılması, normativ-hüquqi aktların yenidən işlənib hazırlanması, kadr potensialının artırılması və digər məsələrlə bağlı təkliflər səsləndiriblər.

Məruzələrdən sonra müzakirələr ətrafında fikir mübadiləsi aparılıb.


7 il əvvəl