Martın 12-də Nəsimi rayonundakı 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin açılış mərasimi keçirilib.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq son illərdə idman sahəsində həyata keçirilən tədbirlərdən, bu sahədə əldə edilən uğurlardan danışıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, həmçinin Azərbaycan idmançılarının qazandığı qələbələri, bu qələbələrdə məktəbli gənclərin də rolu olduğunu vurğulayıb.
Sonra açılış rəmzi olan qırmızı lent kəsilib. Misir Mərdanov İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin gələcək fəaliyyətinə uğurlar arzulayaraq iştirakçılarla birgə idman məktəbinin otaqları, üzgüçülük hovuzu ilə tanış olub.
Məktəbin direktoru Elçin Mehdizadə qonaqlara məlumat verərək bildirib ki, hazırda bu müəssisədə həndbol və taekvondo bölməsi fəaliyyət göstərir, eyni zamanda 500 şagirdi olan məktəbdə 15 məşqçi müəllim çalışır. E. Mehdizadə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə məktəbin şagird və pedaqoji kollektivi adından dərin minnətdarlığını bildirib.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkili Ülvi Quliyev və digər şəxslər iştirak ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30