• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan nümayəndə heyəti Koreyada səfərdədir

İyunun 14-də Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

İclasda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilmiş, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov sessiyanın iclasında çıxış edərək, ölkələrimiz və xalqlarımız arasındakı ümumi oxşarlığın əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib. F.Qurbanov qeyd edib ki, digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də əlaqələrimiz inkişaf yolundadır: “Azərbaycan və Koreya dilləri ölkələrimizin nüfuzlu universitetlərində qarşılıqlı şəkildə tədris olunur, iki dövlətin təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” ölkələrimizin qarşılıqlı təhsil əlaqələrinin hüquqi bazasını təşkil edir”.

İclasdan sonra nazir müavini Koreyada fəaliyyət göstərən “Posco Daewoo Corporation”un meneceri Lee Jong Moo ilə görüşüb. Görüş zamanı L.J.Moo bildirib ki, Bakıda peşə təlim-tədris mərkəzinin yaradılması ilə maraqlanırlar.

F.Qurbanovun növbəti görüşü Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutunun (KRIVET) nümayəndələri ilə olub. Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyinin departament müdiri Kim Çohonqun da iştirak etdiyi görüşdə KRIVET-lə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

F.Qurbanov səfər çərçivəsində həmçinin, Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.


7 il əvvəl