14.06.2016 10:00

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 26 614, XI sinif üzrə isə 20 052 şagird məzun olub.

2016-2017-ci tədris ilində respublika üzrə I sinfə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb. “Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə (http://edu.gov.az/az/page/451/12615) əsasən, 2016-cı ildə respublikanın ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri keçirilir. Hər il olduğu kimi, bu il də “Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir. “Son zəng” tədbirlərində valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının və  ictimaiyyət nümayəndələri də iştirak edir.

Məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq!


Açar sözlər: ,