• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluq körpüsü” adlı festival keçirilir

Azərbaycan, Moldova Türkiyə və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir.

Quba Uşaq Yaradıcılıq Mərkəzində 10-15 iyun tarixlərində keçirilən festivala ümumilikdə 426 iştirakçı  qatılıb. Bunlardan 219-u qonaq, 207-si isə yerli iştirakçılardır.

Festivalın ilk günü qonaqlar Bakı və Quba şəhərlərində rəqs festivalında iştirak ediblər.

Qeyd edək ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzi  2011-ci ildən ənənəvi olaraq Rusiya, Bolqarıstan, Gürcüstan və Türkiyə Respublikalarının dəvəti ilə bir çox Beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər.  Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvləri Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatlar ediblər. Festivala olan marağı nəzərə alaraq Gürcüstan, Türkiyə və Moldova Respublikaları Azərbaycana dəvət olunublar. 

Festivalın əsas məqsədi  ölkələrin  mədəniyyətlərini nümayiş etdirmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır.


7 il əvvəl