• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yaz həyəti” layihəsinin qalibləri təltif olunub

İyunun 8-də Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına həsr olunmuş “Yaz həyəti” layihəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, layihə məktəbli və gənclərdə ekoloji dünyagörüşün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasında mühüm rol oynamaqla yanaşı, həm də onlara ekoloji problemlərin həllində fəal olmağı, təbiətə qayğıkeş və humanist münasibəti aşılayır.

IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov Təhsil Nazirliyi və İDEA-nın birgə təşkilatçılığı ilə Azərbaycanda ekoloji balansın qorunması üçün keçirilən uğurlu layihələrdən danışıb.

“Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 orta ümumi təhsil müəssisəsini əhatə edib. Bu təşəbbüs təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsilalanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin genişlənməsinə, onlarda təbiətə həssas münasibətin formalaşmasına da töhfə verib.

Layihə çərçivəsində tələbə və şagirdlər məktəblərdə 12 000-ə yaxın ağac və kol bitkiləri əkib, yaşıllıqların qayğısına qalıb, həyətyanı sahələrdə iməcilik işləri və digər abadlıq tədbirləri həyata keçiriblər. Layihədə iştirak edən hər bir təhsil müəssisəsinə IDEA İctimai Birliyi tərəfindən xüsusi quş yuvaları təqdim olunub.

Təhsil Nazirliyi və IDEA İctimai Birliyi layihədə iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsi arasında müsabiqə keçirib. Müsabiqənin şərtlərinə əsasən, ən səliqəli və gözəl "Yaz həyəti" salınmış məktəblər qalib elan olunub.

Mükafatlandırma mərasimində qaliblərə xüsusi diplom və hədiyyələr təqdim olunub.


7 il əvvəl