Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək. Qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 13, 14 və 16 iyun 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05