• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan cüdoçuları turnirin qalibi olub

1999-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turniri keçirilib. 

10 ölkənin 357 idmançısının iştirak etdiyi turnirdə Təhsil Nazirliyi 13 nömrəli İOEUGİM 38 cüdoçu ilə təmsil olunub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda idman məktəbinin çüdoçuları 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, I yerə layiq  görülüblər. Murad Abışov 46 kq, Cəfər Əkbərli 90 kq, Mehdi Zeynalov 55 kq və Diana Şoranova 70 kq çəkidə qızıl, Sabir İsmayılov 66 kq çəkidə gümüş, Nigar Hacıramazanova 40 kq və Paşa Əliyev 73 kq çəki dərəcəsində bürünc medalla turniri başa vurublar.

Ümumi komanda hesabında I yeri Azərbaycan, II yeri Gürcüstan, III yeri isə Macarıstan cüdoçuları tutublar.


7 il əvvəl