• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri cənab Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb.

Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri cənab Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb.
Nazir qonaqları səmimi salamlayaraq DAAD təşkilatı ilə yaradılmış əlaqələr, mövcud əməkdaşlıq, ümumilikdə, bu təşkilatın həyata keçirdiyi müsbət işlərdən danışıb. Nazir, həmçinin ölkəmizin bir sıra ali məktəbləri ilə alman universitetləri arasında birbaşa əlaqələrin yaradılması sahəsində görülən işləri xüsusi qeyd edib.
Səmimi qəbul üçün nazirə təşəkkür edən cənab Benedikt Briş təmsil olunduğu təşkilatla Azərbaycan Təhsil Nazirliyinin qurduğu əməkdaşlıqdan razı qaldığını diqqətə çatdırıb. Eyni zamanda DAAD-la Azərbaycan Dövlət Neft Şirkətinin ali məktəb tələbələri arasında birgə keçirdiyi müsabiqə əsasında 9 nəfərin seçildiyini, həmin şəxslərin Almaniyaya təhsil almağa göndəriləcəklərini qeyd edib.
Görüşdə o da məlum olub ki, müvafiq razılıq əldə edildikdən sonra DAAD-la Təhsil Nazirliyi arasında memorandum imzalanması nəzərdə tutulub. Nazir ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışıb, həmçinin tibb, iqtisadiyyat, İKT, bank işi, kənd təsərrüfatı sahələri üzrə Almaniyada kadr hazırlığını təklif edib.
Qonaq da öz növbəsində bu təkliflə razılaşdığını və namizədlərin seçilməsi məsələsini irəli sürüb.
Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısının “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən görülən işlər barədə qonağa məlumat verib, müvafiq Proqramın hazırlanmasında alman mütəxəssislərinin rəy və təcrübələrindən yararlanmağın faydalı olduğunu diqqətə çatdırıb.
Görüşdə tərəflər qarşılıqlı səfərlərin təşkili, universitetlərarası əlaqələr, birgə aparılan işlərə dair konfrans keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


8 il əvvəl