• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 24-dən 28-dək Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda treninq keçirilib.

Martın 24-dən 28-dək Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda treninq keçirilib. Dünya Bankı, YUNİSEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya (AMA) ölkələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və həmin şöbənin aparıcı məsləhətçisi Z.Kəlbəliyev, Texniki-peşə təhsili şöbəsinin müdiri N.Məmmədov, İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi V.Əsgərov, Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Dünya Bankının təhsil üzrə nümayəndəsi T.Mustafayev və YUNİSEF-in proqram rəhbəri G.Hüseynova iştirak edib.
Treninqin keçirilməsində əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub.
İlk sessiyada iştirakçı ölkələrin nümayəndə heyətinin hər bir üzvünün təqdimatları dinlənilmiş və həmin təqdimatlar gizli səsvermə yolu ilə qiymətləndirilmişdir. Səsvermənin nəticəsi olaraq Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov 12 ölkədən olan 100 nəfər iştirakçı arasında I yerə layiq görülüb.      
Proqrama uyğun olaraq ayrı-ayrı sessiyalarda ümumi orta təhsil məsələlərinə aid olan resurs planlaşdırılmasından nəticə planlaşdırılmasına keçid, məktəbdaxili qiymətləndirmə, əks-mərkəzləşdirmə prosesinin həyata keçirilməsi və təhsil sisteminin funksiyaları, region ölkələrdə təhsilin maliyyələşdirilməsi və şagirdbaşına maliyyələşdirməyə keçid, müəllim hazırlığı, ixtisasartırma və s. mövzular üzrə təqdimatlar keçirilib, beynəlxalq səviyyəli ekspertlərin məruzələri dinlənilib.
Treninqin sonunda iştirakçı ölkələrin təhsil sistemində aparılacaq islahatlarla bağlı təhsil siyasəti və strategiyalarının işlənməsinə dair əvvəlcədən verilmiş tapşırıq əsasında hazırlanmış milli layihələrin təqdimatı olub. Azərbaycan nümayəndə heyəti “Müəllimlərin ixtisasartırma sistemində islahat” mövzusu üzrə milli layihəni təqdim edib. Nümayəndə heyətinin rəhbəri F.Qədirov təqdimatda Azərbaycan haqqında ümumi məlumatları, təhsil sistemi, həyata keçirilən islahatlar, məktəb tikintisi, milli kurrikulum, qiymətləndirmə sistemi və digər sahələr üzrə əldə edilmiş nailiyyətlər barədə məlumat verdikdən sonra müəllimlərin ixtisasartırma ilə bağlı yeni strategiyanı da iştirakçıların diqqətinə çatdırıb.
Dərslik siyasəti, məktəblərin kompüterləşdirilməsi və elektron resurslarla təmin edilməsi, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təmin edilməsi üzrə ölkəmizin əldə etdiyi nəticələr Dünya Bankının mütəxəssisləri, həmçinin digər beynəlxalq təşkilatların nümayəndələrinin çıxışlarında xüsusi qeyd edilib.


8 il əvvəl