Təhsil Nazirliyi və Asan Radio “ASAN məktəb” layihəsinə start verir
Layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir.
“ASAN məktəb” verilişində təhsil sahəsi ilə bağlı müzakirələr aparılacaq və dinləyiciləri maraqlandıran suallara ətraflı cavab veriləcək.
“ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdalın aparıcılığı ilə həftədə bir dəfə yayımlanacaq verilişin ilk qonağı Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev olacaq. Verilişdə Azərbaycanda dərs ilinin müddətinin uzadılması və bununla bağlı mövcud olan dünya təcrübəsindən danışılacaq.
“ASAN məktəb” proqramı iyunun 1-də saat 15:00-da yayımlanacaq.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22