• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblar

Ruminiyanın Buxarest şəhərində keçirilən 14-cü "International Computer Project Olympiada-2016" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi İlkin Musayev elmi rəhbəri Aygün Əzizova ilə birlikdə müsabiqəyə qatılaraq, "Proqramlaşdırma" kateqoriyasında qızıl medal qazanıb. İlkin Musayevin layihəsi beynəlxalq ekspertlər tərəfindən maksimal–100 balla qiymətləndirilib və ən uğurlu layihə kimi qeydə alınıb. Bu layihə 3D modelinin üzərində qurulub. Ekspertlər qrupu layihəni ixtirayönümlü iş kimi dəyərləndirib.   

Nərimanov və Gənclik “İstək” liseylərinin şagirdlərindən ibarət 6 komanda isə müsabiqədə 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Belə ki, müsabiqəyə qatılan Ömər Qurbanlı, Rəsul Salamov qızıl, Malik Haqverdiyev, Aqil Əliyev, Aqşin Yusifzadə, Ərturan İbrahimli, Rəhman Bağırov gümüş, Aygül Qurbanova, Aysun Qələndərli, Zülfüqar Verdiyev və Şamil Ağazadə bürünc medal əldə ediblər.

Qeyd edək ki, hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilən InfoMatrix müsabiqəsinə bu il rekord sayda iştirakçı qatılıb. Belə ki, müsabiqədə 41 ölkədən 500 iştirakçı 285 layihə ilə birincilik uğurunda mübarizə aparıb.


7 il əvvəl