• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı üzrə zona mərhələləri keçirilir

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin zona mərhələsi keçirilir.

Mayın 19-dan başlayaraq Naxçıvan şəhərində, Göyçay və Lənkəran rayonlarında müsabiqənin zona mərhələləri keçirilib. Növbəti günlərdə isə zona mərhələləri Gəncə şəhəri və Şamaxı, Şəki, Tovuz rayonlarında davam etdiriləcək. Tədbirlərə iyunun 3-də Bakıda yekun vurulacaq.

Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər.

1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər. Şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xüsusi komissiyası tərəfindən 100 ballıq sistem və məhsulun “qiymətləndirmə sertifikatı” əldə edəcək, həmçinin oktyabr ayında keçiriləcək “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin 1-ci Respublika sərgisində iştirak etmək imkanı  qazanacaqlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.

Qeyd edək ki, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgisində də nümayiş olunub.


7 il əvvəl