• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil” RİM-in Gəncə filialının futbol komandası Azərbaycan çempionatının qalibi olub

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının 13 yaşlılardan ibarət komandası 2015-2016-cı il mövsümü üzrə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək  (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi olub.

Mayın 24-də Bayıl stadionunda keçirilən final oyununda “Təhsil” RİM-in Gəncə filialı ilə “İnter” klubunun komandaları qarşılaşıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Gəncə filialının komandası 1-0 hesabı ilə qələbə qazanaraq  2015-2016-cı il mövsümü üzrə 13 yaşadək  futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi adına layiq görülüb. Komandanın hücumçusu Ümid Səmədov mövsüm ərzində 67 qol vurduğuna görə turnirin bombardiri seçilib.


7 il əvvəl