• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub.

Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbir və treninqlərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat verməsinin zəruriliyini bildirərək bugünkü təqdimatı ilk təşəbbüs kimi dəyərləndirib, habelə müvafiq ənənənin davam etməsinin vacibliyini vurğulayıb.
Sonra Misir Mərdanov səfərlə bağlı təqdimat etmək üçün sözü nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirova verib.  
F.Qədirov öncə məlumat verib ki, Dünya Bankı, YUNİCEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Treninqin mahiyyətini açıqlayan F.Qədirov bildirib ki, burada əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub. 
Tədbirdə şöbə müdiri dünyada təhsil problemləri və inkişaf tendensiyaları, təhsil siyasətinin formalaşdırılması sistemi,  idarəetmə və maliyyələşdirmə, müəllimlərin peşəkarlıq səviyyəsi, təhsil  tədqiqatları  və digər məsələlər haqqında iştirakçılara ətraflı məlumat verib, habelə iştirakçı ölkələrin nümayəndə heyətlərinin təqdim etdikləri milli layihələr barədə danışıb. Eyni zamanda F.Qədirov həmin treninqdə etdiyi “Müəllimlərin ixtisasartırma sisteminin islahatı” mövzusunda təqdimatdan söz açıb, Azərbaycanda bu sahənin əsaslı şəkildə təkmilləşdirilməsini nəzərdə tutan yeni tendensiyaları xüsusi qeyd edib.
Sonda nazir təqdimatın xüsusi əhəmiyyətini vurğulayaraq, təqdim edilən yeni təhsil tendensiyalarının nazirliyin fəaliyyətində nəzərə alınması barədə tapşırıq verib.


8 il əvvəl