• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TOPs proqramı çərçivəsində növbəti idman festivalı

Təhsil NazirliyiBritish Council AzerbaijanBakcell şirkətinin birgə layihəsi olan "TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhərindəki T.Həsənov adına 23 saylı tam orta məktəbdə növbəti idman festivalı keçirilib.

Festivalda məktəbin ibtidai və yuxarı sinif şagirdləri müxtəlif idman növlərində və şən startlarda güclərini sınayıblar. Həmçinin, tədbirdə şagirdlər bədii-musiqili proqramla çıxış ediblər.

Təhsil Nazirliyi, British Council, Bakcell şirkəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Ümumilikdə, Bakı və Sumqayıt şəhərlərinin 36 ümümi təhsil məktəbini əhatə edən layihədən 200-dən artıq fiziki tərbiyə müəllimi yararlanır. Layihənin icrası zamanı xüsusi təlimlərdən keçmiş fiziki tərbiyə müəllimlərinin fənnin tədris keyfiyyətinin yüksəldilməsi məqsədi ilə “Açıq dərs”lərinin izlənilməsinə başlanılıb. Eləcə də Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35000-dən artıq şagird daha keyfiyyətli fiziki tərbiyə dərsindən və dərsdən kənar fəaliyyətlərdən faydalanır.


7 il əvvəl