• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İntellektual oyun üzrə regional məktəb çempionatı

“Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə 2016-cı ilin regional məktəb çempionatı keçirilib.

Ümumilikdə 58 komandanın qatıldığı yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Lənkəran, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib.

Regional məktəb çempionatının Bakı zona birinciliyi Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilib.

Çempionatın əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Yarışı giriş sözü ilə açan təhsil nazirnin müavini Firudin Qurbanov Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva regional məktəb çempionatının əhəmiyyəti barədə fikirlərini bildirib.

Sonra çempionata start verilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhəri 11 nömrəli və Gəncə şəhəri 27 nömrəli tam orta məktəblərin, eləcə də Samux, Lənkəran, Zaqatala, Abşeron, İmişli, Bərdə, Zərdab, Kürdəmir rayonlarının komandaları layiq görülüb.


7 il əvvəl