• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluq kuboku -2016” futbol turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dostluq kuboku -2016” mini futbol turniri turniri keçirilib.

Yarışlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  əməkdaşları arasında keçirilib.

Dövlət qurumlarının Həmkarlar İttifaqı komitələrinin təşkilatçılığı ilə keçirilən yarış işçilərin sağlam həyat tərzinə cəlb edilməsi, onların asudə vaxtının və istirahətinin səmərəliliyinin artırılması məqsədilə təşkil olunub.

Azərbaycan Tennis Akademiyasının stadionunda baş tutan və gərgin mübarizə şəraitində keçən yarışlarda Təhsil Nazirliyinin komandası III yeri tutub.

Qalib komandalar yarışın təşkilatçıları tərəfindən mükafatlandırılıb.


7 il əvvəl