• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı başa çatıb

Mayın 12-də Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub.

Çempionatın keçirilməsində əsas məqsəd məktəblilər arasında mini futbol idman növünün təbliği və mini futbolun inkişaf etdirilməsi, perspektivli məktəbli futbolçuların aşkara çıxarılması, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ibarətdir.

Üç mərhələ üzrə keçirilən yarışların I mərhələsi rayondaxili qarşılaşmaları əhatə edib. Hər bir rayon üzrə məktəb komandaları “Olimpiya sistemi” ilə keçirilən rayondaxili mərhələdə iştirak edib və I, II yerləri tutan komandalar II mərhələyə vəsiqə qazanıb.

II mərhələdə 12 rayon üzrə 24 komanda püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparıb. Hər yarımqrupdan I və II yeri tutan komandalar III mərhələyə vəsiqə qazanıb.

ABU arenada keçirilən final oyunlarında III yer uğrunda 35 və 277 nömrəli ümumi təhsil məktəblərinin komandaları güclərini sınayıblar. I və II yer uğrunda isə 6 və 80 nömrəli ümumi təhsil məktəblərinin komandaları mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən oyunlarda I yeri 6 nömrəli, II yeri 80 nömrəli, III yeri isə 35 nömrəli ümumi təhsil məktəbinin komandaları tutub.

Qaliblər Təhsil Nazirliyinin kubok, medal, diplom və qiymətli hədiyyələri ilə təltif edilib.


7 il əvvəl