• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Muzey həftəsi”nə start verilib

Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə “Muzey həftəsi”nə start verilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Anar Quliyev,  Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ümumi təhsil müəssisələri və muzey rəhbərləri, şagirdlər iştirak ediblər. 

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi  məktəbliləri ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış etməkdir.

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə “Muzeylər və Multikulturalizm” proqramı çərçivəsində təşkil olunan məktəblilər üçün “Muzey həftəsi” mayın 12-dən 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Ötən il layihə çərçivəsində 7 min məktəblinin Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiyası təşkil olunub.

Tədbirdə, həmçinin 2015-ci ildə keçirilmiş “Muzey həftəsi”ndə fəallıq göstərmiş ümumi təhsil müəssisələri və məktəblilərə diplomlar təqdim edilib.  


7 il əvvəl