• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirilib.

Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirilib.
Məlumat üçün qeyd edək ki, üç mərhələdə keçirilən bu müsabiqədə ölkənin ümumtəhsil və peşə liseylərinin VII-XI sinif şagirdləri iştirak edib. Fevral ayında keçirilən məktəb mərhələsinə 600 mindən artıq məktəbli qatılmış, onlardan 300 minə yaxını martda təşkil olunan rayon, şəhər mərhələsində iştirak etmişlər. Respublika mərhələsində hər rayondan 1 nəfər, Bakı şəhərindən 22 nəfər olmaqla cəmi 127 məktəbli iştirak etmək hüququ qazanıb.
Təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər ümummilli liderimiz Heydər Əliyevin liseyin həyətindəki büstü önünə gül dəstələri qoyduqdan sonra içəri daxil olublar. Müsabiqədən öncə çıxış edən nazir final mərhələsinə vəsiqə qazanmış hər bir məktəblini bu böyük uğurları münasibətilə təbrik edib.
Heydər Əliyevin Azərbaycanın tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən Misir Mərdanov bu gün malik olduğumuz hər şey üçün məhz ona borclu olduğumuzu qeyd edib. Nazir ulu öndərimizin irəli sürdüyü siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində dövlətimizin bütün sahələrdə inkişaf edərək dünya miqyasında tanındığını xüsusi vurğulayıb.
Misir Mərdanov müsabiqənin Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirildiyini diqqətə çatdırıb və bu tədbirə gələcəkdə daha çox məktəblinin cəlb olunmasını arzulayıb. Nazir, həmçinin müsabiqəyə aprelin 30-da yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında təşkil olunacaq təntənəli mərasimdə qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini bildirib və Təşkilat Komitəsinin adından bütün iştirakçılara uğurlar diləyib.
Sonra müsabiqə iştirakçılarının respublika mərhələsində yazacaqları “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı mövzusu lövhəyə qeyd edilib.


8 il əvvəl