• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərimiz 33-cü Balkan Riyaziyyat Olimpiadasından medalla qayıdıblar

5-10 may 2016-cı il tarixlərində Albaniyanın Tirana şəhərində 33-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Serbiya, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə kimi Balkan ölkələrinin, həmçinin İtaliya, Fransa, İngiltərə, Qazaxıstan, Səudiyyə Ərəbistanı da daxil olmaqla, ümumilikdə 18 ölkədən 100-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.

Olimpiadada ölkəmizi təmsil edən Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat təmayüllü liseyin eksperimental pilot  sinfinin şagirdi Anar Hüseynov gümüş və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot  sinfinin şagirdi Məhəmməd Şirinov bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda komanda rəhbərləri və şagirdlər riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə iyul ayında müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq fənn olimpiadalarında daha yaxşı nəticələrin əldə olunması məqsədilə effektli hazırlıq prosesinə başlayıblar.


7 il əvvəl