• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyası birgə “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirib.

Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyası birgə “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirib.
Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, Səməd Seyidov açaraq konfransın keçirilməsinin əsas məqsədini açıqlayıb. Ali təhsil sahəsində gedən dəyişikliklərdən, ölkəmizin 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğu barədə danışan professor S.Seyidov bildirib ki, ali təhsil müəssisələrimizin Boloniya prosesinə qoşulmaqla Avropa ali təhsil məkanına inteqrasiyasına geniş imkanlar açılıb. O, rektoru olduğu universitetdə kredit sistemi üzrə geniş iş aparıldığını, bu istiqamətdə aparılan tədbirlərin uğurla həyata keçirildiyini bildirib.
S.Seyidov beynəlxalq konfrans haqqında ətraflı məlumat verdikdən sonra çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdi. Təhsil naziri ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun inkişafına diqqətin daha çox artırılmasının təqdirəlayiq olduğunu deyərək keçirilən tədbirin bu baxımdan əhəmiyyətini qeyd edib. Nazir son illər ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi üzrə əsaslı işlər görüldüyü barədə geniş söz açıb. Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə bağlı görüləsi, eləcə də həlli vacib işlərdən danışıb. Nazir ali təhsil sahəsində diqqət yetirilməsi zəruri olan bir sıra məqamlar üzərində xüsusi dayanaraq fikir və mülahizələrini söyləyib. Misir Mərdanov beynəlxalq əməkdaşlığın ali təhsilimizin inkişafına müsbət təsir göstərdiyini bildirərək konfransın işinə uğurlar arzulayıb.
Belçika universitetləri üzrə dövlət komissarı, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun Təhsil qanunu üzrə nümayəndəsi, bir neçə Avropa universitetlərinin professoru Jan De Groof çıxışında Avropa ölkələrində ali təhsil sahəsində gedən son dəyişikliklərdən, tətbiq olunan bir sıra yeniliklərdən danışıb. Eyni zamanda iştirakçılara Avropa ölkələrində ali təhsil istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Çıxış üçün söz alan Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən Boloniya prosesi və Türkiyənin təcrübəsindən danışıb.
Daha sonra təhsil mühiti və universitetlərin potensialı, akademik prosesin genişlənməsi, tədrisin səmərəliliyi, keyfiyyətin təminatı və digər bölmələr üzrə ayrı-ayrı yerli, eyni zamanda xarici ölkələrin ali təhsil sahəsində çalışan mütəxəssislərin məruzələri dinlənilib.


8 il əvvəl