• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri “Heydər zirvəsi”nə yürüş ediblər

SABAH qruplarının tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşdə iştirak ediblər.

İştirakçılar 9-10 may tarixlərində əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib.

Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Heydər Əliyevin xatirəsini yad edib.

Sonda yürüşdə iştirak etmiş tələbələr sertifikatla təltif olunublar.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir. Hazırda 2016-2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbuluna qeydiyyat davam edir.


7 il əvvəl