• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

U-16 YUNİSEF qızlar liqası başa çatıb

 “Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası U-16 YUNİSEF qızlar liqasının çempionu adına layiq görülüb.

2015-2016-cı il mövsümündə YUNİSEF qızlar liqası Azərbaycan çempionatı 2 region üzrə 10 komandanın iştirakı ilə 6 dövrədə keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 1/2 final mərhələsində Zaqatala komandası ilə qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanaraq, final mərhələsinə vəsiqəni təmin edib.

“Binə” stadionunda keçirilən final qarşılaşmasında “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “Qax” Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri ilə görüşüb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 2:0 hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu olub.

2015-2016-cı il mövsümü U-16 YUNİSEF qızlar liqası Azərbaycan çempionatında 26 top  vuran “Təhsil” RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi Nərmin Həsənova “Ən  sərrast  oyunçu” mükafatına layiq görülüb.


7 il əvvəl