• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti “Yaşıl dağ” aksiyası

Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” aksiyası keçiriləcək.

Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.

Ənənəvi olaraq, hər il keçirilən “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub. Regionlarda başlayan “Yaşıl dağ” aksiyası bu dəfə Bakı şəhərində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələrini, eləcə də vətəndaşları ətraf mühitin mühafizəsi naminə bir yerə toplayacaq.

Aksiya 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) baş tutacaq. Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək istəyən şəxslər kağız tullantısı gətirərək aksiyaya qoşula bilərlər!


7 il əvvəl