• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb

Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəvəti ilə 4-5 may 2016-ci il tarixlərində ölkəmizə səfər edən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE)  rəhbəri xanım M.Marope ilə görüşüb.

Təhsil üzrə Beynəlxalq Büro fəaliyyətə 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi başlayıb və 1999-cu ildən YUNESKO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.

Görüşdə Azərbaycan və YUNESKO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib.   

Səfər çərçivəsində həmçinin, ADA Universitetində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün “Təhsil sisteminin idarə olunması: 2030-cu ilə doğru” mövzusunda M.Maropenin çıxışı nəzərdə tutulur.


7 il əvvəl