Məktəblilər arasında Respublika şahmat festivalı
Aprelin 26-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalının II mərhələsinə start verilib.
Bakı şəhərindəki 12 saylı məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın II mərhələsində I mərhələdə - rayondaxili yarışlarda I yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400 nəfərə yaxın şagird final mərhələsində mübarizə aparacaq.
Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. 9 turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.
7 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10