• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir.

40-a yaxın komandanın qatıldığı Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

Çempionat çərçivəsində növbəti oyun Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri arasında keçirilib. Yarış 9:1 hesabı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti komandasının qələbəsi ilə başa çatıb. Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin komandaları arasındakı oyun da gərgin mübarizə şəraitində keçib. Azərbaycan Dillər Universiteti 6:4 hesabı ilə rəqibinə qalib gəlib. Azərbaycan Kooperasiya Universiteti və  Azərbaycan Texniki Universiteti komandaları arasında keçirilən oyun 4:1 hesabı ilə başa çatıb. Qalib komanda Azərbaycan Texniki Universiteti olub. Günün sonuncu oyunu isə Azərbaycan Maliyyə İqtisad Kolleci və Bakı Neft-Energetika Kollecinin komandaları arasında keçirilib. Yarışda 6:4 hesabı ilə Bakı Neft-Energetika Kolleci qələbə qazanıb.


7 il əvvəl