Məktəb direktorlarının işə qəbulu imtahanı başlayıb
Aprelin 15-də Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı mərhələsinə start verilib.
Məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Hər namizədə 120 dəqiqə vaxt verilir. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 30 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulur.
Esse yazmaq üçün də proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd edə bilirlər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılır. İmtahanlar 3 gün ərzində (bazar günü də daxil olmaqla) davam edəcək. İmtahanın nəticələri aprelin 18-də məlum olacaq.
8 il əvvəl
Digər xəbərlər
-
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00