• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İlk peşə-ixtisas təhsilinə həsr olunmuş müşavirə

Aprelin 15-də 5 nömrəli Bakı Peşə Liseyində ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti və peşə təhsili sisteminin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin məsul şəxsləri və ölkənin ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan son döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil nazirinin müşaviri Famil Mustafayev tədbirin əhəmiyyətindən bəhs edib və ölkəmizdə həyata keçirilən islahatlara uyğun olaraq, təhsilin bu vacib sahəsində də köklü dəyişikliklərə ehtiyac duyulduğunu nəzərə çatdırıb.

Müşavirədə son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlərin görüldüyü, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb. Eyni zamanda, bu sahədəki problemlər və onların həlli üçün həyata keçirilməsi zəruri olan tədbirlərə dair müzakirələr aparılıb.

Sonra ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə müvafiq  tapşırıqlar verilib  və müşavirə iştirakçılarının təklifləri dinlənilib.


8 il əvvəl