• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil işçiləri təltif olunub

Martın 12-də ölkəmizdə elm və təhsil sahəsində çalışan bir qrup şəxsə Fransanın “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda fransız dilinin inkişafı və yayılması baxımından fəaliyyətləri yüksək qiymətləndirilərək, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin direktoru Zöhrə Əliyeva, Bakı Dövlət Universitetinin fransız dili kafedrasının müdiri Elmira Fərəcullayeva, Azərbaycan Dillər Universitetinin fransız dili müəllimi Alik Hanifayev, Qazax rayonu Daş Salahlı kənd orta məktəbinin fransız dili müəllimi Söylü Xəlilova və Goranboy rayon Qızılhacılı kənd 1 nömrəli orta məktəbin fransız dili müəllimi Aygün Yusifova Fransa tərəfindən təltif olunublar.

Bununla bağlı təşkil olunmuş tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez təltif olunanlara ordenləri təqdim edib və onlara xoş arzularını çatdırıb.

 Təhsil nazirinin müavini Firudin Qurbanov Fransa hökumətinə və Fransanın Azərbaycandakı səfirliyinə Təhsil Nazirliyi adından ölkəmizin təhsil müəssisələrində fəaliyyət göstərən fransız dili müəllimlərinin “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edilməsi ilə əlaqədar minnətdarlığını bildirib. Nazir müavini Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu, universitetlərarası əlaqələrin genişləndiyini, gənclərimizin Fransanın ali təhsil müəssisələrində uğurla təhsil almasını, Bakıda Fransız liseyinin fəaliyyət göstərməsini nəzərə çatdırıb.

F.Qurbanov Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulmuş hədəflərə çatmağın əsas vasitələrindən birinin də beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi olduğunu söyləyib. Bu baxımdan Azərbaycanla Fransa arasında təhsil sahəsində sıx əməkdaşlığın və birgə fəaliyyətin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.


7 il əvvəl